F-1.az xəbər verir ki, məşqçisi Fernandonun yaxşı vəziyyətdə olduğunu hesab edir.
Eduardo Bendinelli: “Əminliklə deyə bilərəm ki, Fernando indi həmişəkindən daha yaxşı formadadır. O, ilk titulu qazandığı 12 il əvvəlki vaxtdan daha güclüdür və son dərəcə motivasiyalıdır. Yeni maşınlar daha çox fiziki qüvvə tələb edəcəklər, lakin əminəm ki, Alonso bunun öhdəsindən gələcək və yenə də var gücü ilə hücumlar edəcək. Fernando 15 ildən çoxdur ki, çempionatda yarışır və böyük təcrübəsi var. Bu da mənim işimi asanlaşdırır. O, idmanı sevir. Həvəslə və mütəmadi məşq edir. Bir neçə həftə sonra yeni maşınları idarə etməyin nə qədər çətin olduğunu öyrənəcəyik. Amma Fernando öküz kimi sağlamdır və əla formadadır”.