Fernando Alonsoya məxsus olan trasda baş tutan həftəsonu zamanı 11 yaşlı Basurtonun kartı qəza zamanı aşıb. Gənc sürücü ağır vəziyyətdə Asturiyanın paytaxtı Ovyedonun mərkəzi hospitalına çatdırılıb.
Amma bu gün səhər İspaniya Avtomobil Federasiyası Basurtonun özünə gəlmədən dünyasını dəyişdiyini təsdiq edib:
“Qonzalo Basurtonun vəfatı barədə xəbəri təsdiq edirik. İspaniya avtoidmanı onu itirdiyinə görə kədərlidir. Torpağın yüngül olsun, Qonzalo…”
Se confirma la triste noticia del fallecimiento de Gonzalo Basurto. El automovilismo español llora por su pérdida. DEP, Gonzalo.
— R.F.E. de A. (@RFEdeA) 23 апреля 2017 г.
F-1.az bildirir ki, Fernando Alonso hazırda İndy500 yarışına hazırlıq çərçivəsində Amerikadadır və bu xəbəri orada alıb, ikiqat dünya çempionu xəbərdən üzüldüyünü sosial şəbəkədə paylaşıb:
“Bu gün səhər yuxudan duranda ən kədərli günümü yaşadım. Üzgünəm. Qonzalonun ailəsinə və bütün kartinq aləminə başsağlığı verirəm…”
Despierto de madrugada en uno de los días más tristes. Destrozado. Desde aquí, un abrazo enorme a la familia de Gonzalo y a todo el Karting.
— Fernando Alonso (@alo_oficial) 23 апреля 2017 г.
Karlos Sayns da hadisədən kədərləndiyini dilə gətirib:
“Torpağın yüngül olsun, Qonzalo Barusto. Təəssüf ki, avtoidman daim bizə risklə bağlı olduğunu xatırladır. Ailəsinə başsağlığı bildirirəm…”
DEP Gonzalo Barusto.Desgraciadamente este deporte d vez en cuando nos recuerda el riesgo que conlleva practicarlo.Todo mi apoyo a la familia
— Carlos Sainz (@Carlossainz55) 23 апреля 2017 г.