F-1.az xatırladır ki, avtomobillə toqquşan sürücünün çənə sümüyünə platin taxılmışdı və o, keçən ili belə keçirmişdi. Alonso mövsüm ərzində də bildirmişdi ki, qış fasiləsində yenidən əməliyyat lazım olacaq. Bu, keçən həftə baş verib və həmin platinlər çənə sümüyündən çıxarılıb. Sürücü məşqlərə fasilə verib.
Lakin istirahət vaxtında da yarışlardan uzaq qalmaq istəməyən ikiqat dünya çempionu virtual 24 saatlıq Le Man marafonunda Alpine komandasının kapitanlığını edib. Sosial şəbəkədə canlı yayım açaraq səhhəti barədə məlumat verib: “Keçən həftə əməliyyat olundum və bir müddət xəstəxanada qaldım. İndi vəziyyətim yaxşılaşmaqdadır. Buna baxmayaraq, virtual yarışda komandanın bir parçası olmaq istədim. Biz Okonla birlikdə real dözümlülük yarışına qatılmaq istəyirdik, səhhətim imkan vermədi. Amma bir gün bunu reallaşdıracağımıza əminəm”.