Alonsonun cəzası ləğv edilib

Aston Martin stüardlardan Fernando Alonsoya tətbiq edilən cəriməni finişdən sonra nəzərdən keçirməyi xahiş edib, çünki əhəmiyyətli yeni sübutlar ortaya çıxıb.

F-1.az xatırladır ki, ikiqat dünya çempionu startda maşını düz yerləşdirmədiyi üçün 5 saniyəlik cəza almış, pit-stop zamanı o cəza müddəti bitməmişdən maşına toxunulduğu üçün də yarışdan sonra da vaxtına 10 saniyə əlavə edilmiş və o, podiumdakı yerini itirmişdi.

Aston Martin videoyazılarla sübut edib ki, başqa komandalar da analoji cəzanı çəkdikləri anda oxşar hərəkətə yol veriblər və cəzalandırılmayıblar. Stüardlar komandanın arqumentlərini dinləyərək on saniyəlik cəzanı ləğv ediblər. Fernandonun üçüncü yeri bərpa olunub. Ciddədəki podium onun karyerasında 100-cü olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*