Alonso yeniliklərə inanır

Mövsümə yaxşı başlayan komanda sahibinin vətənindəki yarışa bir sıra yeniliklər gətirəcək.

F-1.az xəbər verir ki, ispan sürücü maşının təzə hissələrini sınaqdan keçirmək üçün səbirsizləndiyini bildirib.

Fernando Alonso: “Monako və İspaniyada gərgin ardıcıl  iki yarış keçirdik və bu mərhələlərdən sonra komanda 32 xal qazandı. İspaniyada atmosfer fenomenal idi, lakin çətin şənbə günü keçirdik və bazar günü tamaşaçıları möhtəşəm şou ilə sevindirmək üçün kifayət qədər tempimiz olmadı.

Növbəti mərhələ Monrealda çoxlu xatirələrim olan tarixi Formula1 trasında keçiriləcək. Məsələn, keçən il yağışlı havada baş tutan xaotik sıralanma turunda ikinci olmuşdum. Bu həftəsonu yenidən yağış yağa bilər, ona görə də biz hava radarını diqqətlə izləyəcəyik.

Tras maraqlıdır, baxmayaraq ki, ötmələr çətin ola bilər. Bununla belə, bu yarışda sürprizlər mümkündür, ona görə də hər şeyə hazır olmalıyıq. Komanda bu həftəsonu üçün bir neçə yeni parça hazırlayıb, ona görə də əsas vəzifə maşını yarışboyu təmiz idarə etmək və mümkün olan maksimum xalları qazanmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*