Alonso və Palmer startda yer itirəcəklər

Hər iki sürücünün maşınına bugünkü məşqlərdən əvvəl güc qurğusunun yeni elementləri quraşdırılıb. Fernando Alonso startda 35 yer, Colion Palmer isə 20 yer itirəcək.

F-1.az xəbər verir ki, Fernando tamamilə yeni güc qurğusundan istifadə edəcək. Belə ki, o, 8-ci daxili yanma mühərriyinə (İCE) və MGU-K generatoruna, 10-cu turbinə (TC) və MGU-H generatoruna, 7-ci rekuperasiya sisteminin akkumulyatoruna (ES) və altıncı elektron idarəetmə blokuna (CE) keçib.

Renault-nun Palmer üçün etdiyi dəyişikliklər o qədər böyük miqyaslı deyil – fransız sürücünun maşınına 5-ci daxili yanma mühərriyi (İCE), 6-cı turbin (TC) və MGU-H generatoru quraşdırılıb.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*