F-1.az xatırladır ki, iki sürücü sprint yarışının startında təmas yaşayıblar. Əvvəlcə Okon komanda yoldaşını trasdan kənara çıxarıb. Lakin Alonso bolidini yaxşı idarə edərək vəziyyətdən çıxıb və yoluna davam edib.
Daha sonra Alonso hücum edərkən arxadan komanda yoldaşına çırpılıb. Nəticədə ispaniyalı sürücünün ön qanadı qırılıb və pitə gedərək yeni qanad götürüb və finişə 16-cı yerdə şatıb. Okon isə bu təmasdan sonra hər dövər geriləyərək, sonda 18-ci olub.