Alonso uzun müddət Aston Martin-də qalmağa hazırdır

Mövsüm başa çatdıqdan sonra Fernando Alonso Aston Martin-ə qoşularaq komanda ilə Əbu Dabi testlərində yaxından tanış olub.

F-1.az xəbər verir ki, komanda ilə tanışlıq zamanı ispaniyalı sürücüyeni komandasının və onun sahibinin planlarından o qədər təsirlənib ki, yarış karyerasını bitirdikdən sonra da Aston Martin-də qalmaq istəyir.

Fernando Alonso: “Gələcəklə bağlı heç bir planım olmasa da, bir gün yarış karyeramı bitirəcəyimi başa düşürəm. Bundan sonra 25 ilə yaxın təcrübəmlə istənilən komandaya faydalı ola bilərəm. Və ümid edirəm ki, bu komanda Aston Martin-dir. Qarşıdakı bir neçə ildə gördüyümüz işi davam etdirmək istəyirəm.

Mən bu rolu yarışlarda çıxış etmək fürsəti ilə birləşdirmək istərdim. Bunun marafon və ya dözümlülük yarışları olacağını bilmirəm. İdman avtomobilləri əladır, amma mən artıq Le Man və Daytonada qalib gəlmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*