Alonso: Strollun bəxti gətirmir

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Stroll zəif deyil, bəxtsizdir.

F-1.az xatırladır ki, Aston Martin hazırda 134 xalla üçüncü yerdədir. 134 xaldan 99-u 41 yaşlı Fernando Alonso, 35-ni isə Ləns Stroll toplayıb. Fernando 5 dəfə podiuma yüksəldiyi halda, Strollun ən yaxşı nəticəsi Avstraliyadakı 4-cülükdür. Kanadakı sürücü bu il 3 yarışda xalsız qalıb. Alonso isə bütün yarışlardan xal qazanıb.

Sıralanma turlarında da Alonsonun aşkar üstünlüyü var: 6-1.

Fernando Alonso: “Lənsin iki yarışda bəxti gətirmədi: Mayami və Monako. Bəhreyndə isə mövsümün əvvəlində qolunu qırmasına baxmayaraq, bir əllə yaxşı sürdü. Ciddədə Ferrari-lərin önündə beşinci yerdə gedərkən, qazburaxma sistemində problem yaşadı.

Mayamidə sıralanma turunun birinci sessiyasında çox risk aldıq və buna görə yarışı riskə atdıq. Monakoda isə Landonun maşınından tökülən qırıntılar onun sıralanma turunu məhv etdi.

Onun barədə sərt sözlər demək asandır, amma Monakodakı həftəsonuna baxsanız, liderlərdən 0.1-0.2 saniyə geri qalırdı. Hər mövzuda düzgün geri bildirim və məlumat verərək, komandanın strategoyasına kömək etdi.

Bu səbəblərə görə ona daha yaxşı bəxt arzulayıram. Onun tempi zəifləməyib. Sadəcə bəxt ayağına gəlməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*