F-1.az daha əvvəl McLaren komandasının Yas Marinada ispaniyalı sürücü üçün xüsusi rəng çalarına boyanmış maşında yarışacağını xəbər verib. Alonso isə sosial şəbəkədə paylaşdığı şəkillərdə xüsusi dəbilqə ilə yarışacağını bildirib.
Dəbilqənin dizaynı iki hissəyə bölünüb. Bir tərəfdə Alonsonun debüt etdiyi 2001-ci il dəbilqəsi, digər tərəfdə isə yeni dəbilqə təsvir edilib. İki dizaynı ayıran yerdə isə ispaniyalı sürücünün qələbə qazandığı bütün yarışlar qeyd olunub.