Alonso, Rosberq, Sayns və Rikkardo Rəykköneni əvəzləməyə namizəddirlər

İspaniyanın AS nəşri yazır ki, əgər Ferrari Kimi Rəykkönenlə müqaviləsini uzatmasa, onu əvəzləyəcək dörd namizəd var.

F-1.az xatırladır ki, Fernando ancaq qələbəyə imkan verən maşın olarsa Formula1-də qalacağını bildirmişdi. Hazırda buna imkan verən 3 komanda var – Mercedes AMG bu yaxınlarda dolayısı ilə təsdiq edib ki, ispan sürücünü transfer etmək barədə düşünmürlər. Red Bull-un isə özünün yetişdirdiyi sürücülərə üstünlük verəcəyi məlumdur. Bu vəziyyətdə Fernandonun yeganə variantı Ferrari-dir.

Toto Volff bu yaxınlarda Niko Rosberq Ferrari-yə keçərsə, təəccüblənməyəcəyini demişdi. Lakin son dünya çempionu dərhal cavab vermiş və bildirmişdi ki, Formula1-ə qayıtmaq barədə düşünmür. Rikkardonun komandası ilə müqaviləsi davam edir, Sayns da Red Bull ailəsinə mənsub sürücüdür. Alonsonun mövsümün sonunda müqaviləsinin bitəcəyini və Ferrari-ni yaxşı tanıdığını nəzərə alsaq, bu ehtimalı istisna etmək olmaz.

Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, hazırda italyanların Kimi ilə müqaviləni uzatması ən real variantdır…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*