F-1.az xatırladır ki, ispaniyalı arxadan qalan yarışların hamısını 3-cü yerdə başa vursa da, bütün yarışlarda qələbəyə Red Bull sürücüləri seviniblər..
Fernando Alonso: “Ətrafdakı bir çox insanlar karyeramda 33-cü qələbəni nə vaxt qazana biləcəyimi soruşurlar. Amma realist olmaq lazımdır. Bilirik ki, Red Bull maşınları indi çox irəlidədir, lakin mövsümün sonu hələ çox uzaqdadır – uzun mövsüm ərzində hər şey ola bilər.
Etibarlılıqla bağlı problemlər, aralarında hər cür toqquşma da ola bilər. Bilirik ki, onların komandadaxili münasibətləri hazırda çox qaynardır və buna diqqət yetiririk. Məqsədimiz hər yarışda şanslarımızdan maksimum yararlanmaqdır”.