F-1.az xəbər verir ki, bir çoxları, o cümlədən Fernando Alonso da, britaniyalı mühəndisin istedadı ilə bağlı ümidlərini bağlayırlar.
Fernando Alonso: “Nyuinin gəlişi barədə eşidəndə karyeramı uzatmaq barədə düşünmədiyimi desəm, yalan olacaq. Ədrian gələn ilin martında gələcək və 2026-cı ildə Formula1-də qaydaların dəyişəcəyi zaman yeni maşın layihəsi üzərində çalışacaq.
Bu qərarı komanda daxilində, Lourens Stroll və Ədrian ilə birlikdə qəbul edəcəyik. Lakin Nyui ilə qələbə, onun olmadığı vəziyyətə nisbətən, şübhəsiz ki, daha yaxındır. Onun Formula1-də inanılmaz uğur tarixi var.
Mən yaşımı obyektiv qiymətləndirirəm, lakin ümid edirəm ki, komanda Ədrianın inşa edəcəyi sürətli maşını sürmək hüququnu mənə etibar edəcək. Amma əgər bu, mən karyeramı başa vurduqdan sonra baş verərsə, mən yenə də onun sürətindən zövq alacağam, çünki Aston Martin ilə bu həyəcanlı səyahətdə hələ də komandanın bir hissəsi olacağam”.