F-1.az xatırladır ki, Alonso mövsümün ilk yarışında inamlı çıxış etmiş və Aston Martin-lə podiuma yüksəlmişdi.
Fernando Alonso: “Bəhreyndə maşın sürətli idi və mövsümün ilk podiumunu qazanaraq həftəsonundan həzz aldıq. Amma indi bütün diqqət Ciddədəki növbəti mərhələdədir. Komandanı daha bir həyəcan gözləyir, çünki Səudiyyə Ərəbistanındakı tras bizim ilk yarışda çıxış etdiyimizdən fərqlidir.
Bəhreyndə iki həftə ərzində trası və şərtləri çox yaxşı öyrəndik, lakin bu cümə günündən öyrənmə əyrisi daha dik olacaq. Düşünmürəm ki, Avstraliyadakı mərhələdən əvvəl biz qüvvələrin həqiqi nisbətini görəcəyik. Bunun üçün üç həftəsonunu üç tamamilə fərqli trasda – Bəhreyndə, Səudiyyə Ərəbistanında və Avstraliyada keçirmək lazımdır.
Ayaq üstə möhkəm dayanırıq və mövsümün əvvəlində göstərilən sürəti qorumaq üçün çox çalışmaqda davam edirik. Bu həftəsonu daha bir yüksək nəticə əldə etməyə çalışacağıq”.