F-1.az xatırladır ki, ispaniyalı sürücü Meksika yarışında yeddinci yerdə gedərkən motoru dayanıb. Bu ikiqat Dünya Çempionunun builki altıncı motor problemidir.
Fernando Alonso: “Hər yarışda ən az bir ya da iki maşın mübarizəni dayandırı və bunlardan biri 14 nömrəli maşın olur.
Bu il deyəsən 5 motor partlatdım. Avstraliyada sıralanma turunda problem yaşadım. Avstriyada elektrik kəsintisi olduğu üçün sprint yarışına başlaya bilmədim. Yarışların 50 faizində layiq olduğumuz xalları qazana bilmədik. Lakin əlimizdən heç nə gəlmir.
Hələ hazır deyilik. Motor yarışları bitirə bilmir. Bizim kimi 6-7 motor dəyişib yarışları bitirə bilmirsinizsə, bu bəxtsizlik deyil. Alpine qış ərzində çox işləməlidir”.