Fernando Alonso: “İndi bir çox sahədə 2006-cı ildəki özümdən güclüyəm. Məsələn, yarışları “oxumaqda” daha yaxşıyam. Mən nə vaxt hücum edib, nə vaxt hücum etməməyi bilirəm. 2006-cı ildə təkərlər mühüm rol oynamırdı, amma bu gün hər şey fərqlidir. Pit-stoplarda millimetrə qədər düz yerdə dayanmaq çox vacibdir. Əvvəl əhəmiyyəti yox idi. Hər halda, yanacaq doldurmaq üçün on saniyə dayanmalı idin. Əgər indi 2006-cı ildən Alonso ilə yarışsaydım, o zaman bu detallarda onu ötərdim”.
Alonso indiki və 2006-cı ildəki halını müqayisə edib
F-1.az xəbər verir ki, ikiqat Formula1 çempionu Fernando Alonso ikinci titulunu qazandığı 2006-cı ilə nisbətən indi necə üstün olmasından, aradakı fərqlərdən danışıb.