F-1.az xatırladır ki, Lyuisin xidmətində birbaşa şirkətin qurucusunun oğlu Pyero Ferrarinin maraqlı olduğu, hətta onu razı salmaq üçün 50 milyon dollar təklif ediləcəyi bildirilirdi. Bu məsələyə reaksiya verənlərdən biri də Fernando olub.
Fernando Alonso: “Düzünü desəm, bu barədə heç nə bilmirəm. Amma Lyuis həmişə deyirdi ki, o, komanda ilə qalib gəlir, komanda uduzur. Həm uğurları, həm də uğursuzluqları birdir. Deməli, indi qalib olmadığına baxmayaraq, o, sadəcə komandada qalmalıdır”.
Qeyd edək ki, britaniyalı ilə alman yarış komandası arasındakı mövcud müqavilə 2023-cü ilin sonuna qədər qüvvədədir. Tərəflər əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bildirsələr də, hələ də danışıqlar masasına oturmayıblar.
Mercedes-in son iki ildəki zəif çıxışı da Lyuisin artıq komandadan ayrılacağı ilə bağlı söhbətləri alovlandırır.