Alonso Ferrari-sini satır

Aston Martin komandasının sürücüsü Fernando Alonso Ferrari Enzo avtomobilini satışa qoyub.

F-1.az bildirir ki, son dövrlərdə çox adam Ferrari-sini satır. Onlardan biri də Ferrari-nin sabiq pilotu Fernando Alonsodur. İspaniyalı sürücü 2010-2014-cü illərdə “qırmızılar”ın şərəfini qorumuş və iki dəfə ikinci olmuşdu. Onun qarajnda Ferrari-nin ikonik modellərindən biri olan Enzo var.

İkiqat Dünya Çempionu sadəcə 4800 kilometr getmiş Enzisunu iyunun 8-də auksiypnda satışa təqdim edəcək. Tədbir Monakodakı Avtomobil Auksiyonunda olacaq.

Satışa çıxarılan Ferrari Enzo 2002-ci ildə satışa çıxarılıb. Maşın 2004-cü ilə qədər istehsal olunub. Maşının motoru 660 at gücü və 657 nm tokr qüvvəsinə sahibdir və V12 silindrlidir. Maşın 0-dan 100 kilometr sürətə 3.65 saniyədə çıxır və maksimum sürət 350 km/saatdır. Maşının neçəyə satılacağı hələki müəmmalıdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*