F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın startında düzgün yerdə dayanmadığı üçün 5 saniyə cərimələnib. Lakin o, pitə gəlib cəriməsini çəkəndə komanda prosedura düzgün əməl etməyib. Belə ki, arxa qaldırıcı vaxtından əvvəl bolidə təmas etdirilib.
Buna görə yarışdan sonra ikiqat Dünya Çempionuna 10 saniyə vaxt cəzası verilib. Bununla da Alonso podiumu itirib və Corc Rassell podiuma yüksəlmədiyi həftəsonunda üçüncü olub.
Yarışdan sonra Alonso bu sözləri deyib: “Mükəmməl mövsümdür. Bir ay əvvəl bolidi təqdim edəndə belə nəticələri gözləmirdik. Komanda əla maşın düzəltdi. Bəhreyndə yarış əla keçmişdi. Burada da eynisini etdik. Yaxşı strategiya və iki podium”.