Alonso bu il harada qalib gələ biləcəyini açıqlayıb

Son beş Qran Prinin dördündə Fernando Alonso podium qazanıb və Aston Martin-də çıxış edən ispaniyalı 2023-cü ildə qələbə hesabını da açmağı gözləyir.

F-1.az xəbər verir ki, əgər ikiqat dünya çempionu bu il uğur qazanarsa, onda qələbəsiz 10 illik uzun fasilə rekordunu qıracaq. Fernando Alonso Sky Sports-a qələbəyə imkan verən trasların adlarını açıqlayıb…

Fernando Alonso: “Düşünürəm ki, bəli, 2023-cü ildə qalib gəlmək şansımız var. Deyəsən, düzlüklərdə heç də ən sürətli olmayan maşınımız var və biz onu bu baxımdan təkmilləşdirməliyik, amma döngələrdə çox yaxşıyıq. Ona görə də deyərdim ki, çempionatın ən yavaş trasları, deyək ki, Monako, Budapeşt, Sinqapur bizə uyğundur və hazırda əsas ümidlərimizi onlara bağlayırıq.

Əgər bir gün Red Bull yarışda problemlər yaşayarsa, onlardan liderliyi götürmək və həqiqətən də qələbəyə iddialı olmaq imkanı yaranarsa, o zaman düzgün mövqedə olduğumuzdan əmin olmalıyıq. Rəqiblərin problemlərindən yararlanmaq üçün həftəsonunun heç bir nöqtəsində hələ də səhv etmədiyimizi başa düşmək vacib olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*