F-1.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidəki mövsümsonu testlərində ilk dəfə Aston Martin-lə trasa çıxıb. Lakin Alonsonun hələ də Alpine-lə müqaviləsi olduğu üçün AMR22-nin üzərindəki bütün sponsor stikerləri qopardılıb və ikiqat Dünya Çempionu yamyaşıl maşını sürməli olub. Alonso da qara kombinezonla sükan arxasına oturub.
Fernando Alonso: “Testin səhəri boksa girdik və yaşıl rəngdə maşın gördük. Pedro de la Rosa da yanımda idi. İkimiz də onu 2002-ci ilin Jaguar bolidinə oxşatdıq. Lakin bu fərqli layihədir”.
Qeyd edək ki, Alonso 2002-ci ildə Jaguar-la testlər etsə də, “yaşıllar”ın heyətinə qatılmamış və Renault-da test sürücülüyü etmişdi.