F-1.az xatırladır ki, Almaniya yarışını Hokkenhaymrinq və Nürburqrinq trasları növbəli olaraq keçirirlər. Amma Nürburqrinq son iki yarışdan maliyyə problemlərinə görə imtina edib.
Çeyz Keri: “Almaniya idman üçün vacib bazardır və orada yarış keçirmək çox vacibdir. Hazırda heç nə dəqiq deyil. Almaniyadakı məsullarla görüşdük. Burada iki gözəl tras var və hansının yarışı keçirəcəyi ilə bağlı maraqlı danışıqlar getdi. Amma alternativləri də dəyərləndiririk. Avropa yarışlarından başqa, Amerika da idman üçün vacib mərkəzlərdəndir. Hazırda Ostində yarış keçirilir və gözəl münasibətlətimiz var. Amma düşünürəm ki, daha bir yarış keçirə bilərik. Nyu York, Mayami, Los Anceles və ya Las Veqas bunun üçün ən əlverişli yerlər ola bilər”.