Almaniya Qran Prisinə son hava proqnozu yarış uik-endi üçün gözəl və əlverişli hava vəd edir.
Cümə günü havanın +21 dərəcə olması gözlənilir, yağışın yağma ehtimalı 30% təşkil edəcək. Şənbə günü hava +23 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı 10%-ə düşəcək. Bazar günü temperatur dəyişməyəcək, amma yağış da heç gözlənilmir.