Quru. Buludlu. Havanın temperaturu +19°-20° C, trasın temperaturu +30°-32° C
Dünən yağış yağmamışdı və komandalar ilk iki məşqi problemsiz işləmişdilər, bu gün səhər hava bir qədər də qızıb – məşqlərin startına qədər asfaltın temperaturu +30 dərəcə olub.
Bu gün səhər Williams komandasının boksunda insident yaşanıb – KERS-in nasazlığı üzündən Pastor Maldonadonun maşını tüstülənib. Komanda və köməyə çağırılmış avtodromun yanğınsöndürmə xidməti operativ işləyiblər, mexaniklər maşını yoxlayıblar və Pastor sessiyada tam iştirak edib. Mercedes AMG-nin də mexanikləri çalışmalı olublar – Həmiltonun maşınında arxa asılqanın problemləri üzə çıxıb.
Komandalar hər iki təkər tərkibinin effektiv temperatur diapazonunda işləməsi üzün sazlanmalara düzəlişlər ediblər. Sessiyanın əvvəlində sürücülər Medium-la işləyiblər, sabah yarışın böyük bir hissəsi bu tərkiblə qət olunacaq, sonra isə Soft-la sıralanma turuna hazırlığa başlayıblar.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:29.517, almaniyalı sürücü ən yaxın rəqiblərindən bir baş üstün olub…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Fettel | Red Bull | Renault | 1:29.517 | – | 19 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:30.193 | + 0.676 | 19 |
03 | M.Uebber | Red Bull | Renault | 1:30.211 | + 0.694 | 18 |
04 | F.Alonso | Ferrari | Ferrari | 1:30.621 | + 1.104 | 16 |
05 | F.Massa | Ferrari | Ferrari | 1:30.639 | + 1.122 | 17 |
06 | K.Rəykkönen | Lotus | Renault | 1:30.671 | + 1.154 | 19 |
07 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:30.744 | + 1.227 | 20 |
08 | R.Qrojan | Lotus | Renault | 1:30.781 | + 1.264 | 18 |
09 | N.Hülkenberq | Sauber | Ferrari | 1:30.966 | + 1.449 | 20 |
10 | A.Sutil | Force İndia | Mercedes | 1:31.009 | + 1.492 | 18 |
11 | C.Batton | McLaren | Mercedes | 1:31.326 | + 1.809 | 22 |
12 | E.Qutyerres | Sauber | Ferrari | 1:31.405 | + 1.888 | 20 |
13 | P.di Resta | Force İndia | Mercedes | 1:31.733 | + 2.216 | 21 |
14 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:31.855 | + 2.338 | 18 |
15 | S.Peres | McLaren | Mercedes | 1:31.855 | + 2.338 | 23 |
16 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:31.898 | + 2.381 | 19 |
17 | P.Maldonado | Williams | Renault | 1:31.969 | + 2.452 | 20 |
18 | V.Bottas | Williams | Renault | 1:32.036 | + 2.519 | 23 |
19 | Ş.Pik | Caterham | Renault | 1:33.230 | + 3.713 | 19 |
20 | J.Byanki | Marussia | Cosworth | 1:33.470 | + 3.953 | 22 |
21 | Q.van der Qarde | Caterham | Renault | 1:33.964 | + 4.447 | 21 |
22 | M.Çilton | Marussia | Cosworth | 1:34.683 | + 5.166 | 20 |