Almaniya Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +43° C Silverstounda təkərlərlə bağlı ciddi problemlərdən sonra Pirelli şirkəti Almaniya Qran […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +43° C

Silverstounda təkərlərlə bağlı ciddi problemlərdən sonra Pirelli şirkəti Almaniya Qran Prisinə yeni arxa təkərlər gətirib – bu təkərlərin əsasında polad deyil, kevlar təbəqədən istifadə olunub. Almaniya yarışı keçid xarakteri daşıyır – 3 həftədən sonra Macarıstanda komandalar tam yeni təkərlər alacaqlar.

Dünən sürücülər daha yumşaq Soft tərkibinin vaxtından əvvəl dənlə örtülməsindən və daha tez yeyilməsindən gileylənirdilər, amma qeyd edirdilər ki, Soft sıralanma turunda əsas seçim olacaq – daha stabil Meduim tərkibi ilə bir dövrədə sürət fərqi bəzi maşınlarda 1.5 saniyəyə çatıb. Uik-endin gedişində təkiblərin fərqi, onların maşının sürətinə təsiri akitv müzakirə olunub və sıralanma turu sürətli dövrədə qüvvələr nisbətini qiymətləndirmək imkanı verib.

Sıralanma turu ərəfəsində asfaltın temperaturu +40 dərəcəni keçib və komandalar sazlanmalara düzəlişlər ediblər ki, təkərlər effektiv diapazonda işləsinlər. Pirelli-nin məsləhəti ilə komandalar təkərlərdə təzyiqi və təkərlərin maşında üfüqi və şaquli kənarlaşma bucaqlarını nəzərə alıblar.

Birinci sessiyada yalnız Red Bull və Mercedes AMG sürücülər Medium təkərlərlə çıxıblar, autsayderlər üzərində üstünlük onlara növbəti sessiyaya keçməyə imkan verib. Protokollara Felipe Massa başçılıq edib – 1:30.574, mübarizəni isə Williams, Caterham və Marussia komandaları tam heyətlə dayandırıblar.

İkinci sessiyada hamı Soft təkərlərinə keçib, mübarizə çox gərgin olub. Ən yaxşı nəticəni yenə də Massa göstərib – 1:29.825. Niko Rosberq komandanın qurbanı olub və mübarizəni dayandırıb, onunla birlikdə di Resta, Peres, Qutyerres, Sutil və Vern də son sessiyaya keçə bilməyiblər.

Poul uğrunda mübarizə də gərgin olub. İlk cəhdindən sonra Həmilton protokollara başçılıq edib – 1:29.540. Alonso, Massa və Batton Medium tərkiblə trasa çıxıblar. Son dəqiqədə Fettel birinciliyə yüksəlsə də, Həmilton daha sürətli olub – 1:29.398. Batton və Hülkenberq isə dövrələrini tamamlamayıblar.

Həmilton mövsümdə 3-cü, karyerasında isə 29-cu poulunu qazanıb. Onunla birlikdə ilk cərgədən Fettel yarışa start alacaq, ikinci cərgədən Uebber və Rəykkönen onlara hücum edəcəklər. Yarışın ilk hissəsinə daha bərk təkərlər seçmiş Ferrari sürücüləri dördüncü cərgədən start alacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton Mercedes AMG Mercedes 05 1:31.131 06 1:30.152 1:29.398
02 S.Fettel Red Bull Renault 09 1:31.269 04 1:29.992 1:29.501 + 0.103
03 M.Uebber Red Bull Renault 13 1:31.428 07 1:30.217 1:29.608 + 0.210
04 K.Rəykkönen Lotus Renault 02 1:30.676 02 1:29.852 1:29.892 + 0.494
05 R.Qrojan Lotus Renault 08 1:31.242 05 1:30.005 1:29.959 + 0.561
06 D.Rikkardo Toro Rosso Ferrari 04 1:31.081 08 1:30.223 1:30.528 + 1.130
07 F.Massa Ferrari Ferrari 01 1:30.547 01 1:29.825 1:31.126 + 1.728
08 F.Alonso Ferrari Ferrari 03 1:30.709 03 1:29.962 1:31.209 + 1.811
09 C.Batton McLaren Mercedes 07 1:31.181 10 1:30.269
10 N.Hülkenberq Sauber Ferrari 06 1:31.132 09 1:30.231
11 N.Rosberq Mercedes AMG Mercedes 11 1:31.322 11 1:30.326
12 P.di Resta Force İndia Mercedes 12 1:31.322 12 1:30.697
13 S.Peres McLaren Mercedes 14 1:31.498 13 1:30.933
14 E.Qutyerres Sauber Ferrari 16 1:31.681 14 1:31.010
15 A.Sutil Force İndia Mercedes 10 1:31.320 15 1:31.010
16 J.E.Vern Toro Rosso Ferrari 15 1:31.629 16 1:31.104
17 V.Bottas Williams Renault 17 1:31.693
18 P.Maldonado Williams Renault 18 1:31.707
19 Ş.Pik Caterham Renault 19 1:32.937
20 J.Byanki Marussia Cosworth 20 1:33.063
21 Q.van der Qarde Caterham Renault 21 1:33.734
22 M.Çilton Marussia Cosworth 22 1:34.098
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Almaniya Qran Prisi: Sıralanma turu

Yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C Ardıcıl ikinci uik-end dəyişkən hava Qran Prinin həlledici faktoruna çevrilir. […]

Yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

Ardıcıl ikinci uik-end dəyişkən hava Qran Prinin həlledici faktoruna çevrilir. Silverstounda da cümə günü komandalar tam işləyə bilməmişdilər, orda da həm quru, həm keçid, həm də yağış təkərlərlə sürücülər sərbəst yürüşlərdə işləmişdilər.

Sıralanma turundan əvvəl 3 sürücü bilirdi ki, sabah yarışın startında 5 yer itirəcəklər – Qrojan, Rosberq və Uebber.

Birinci sessiyada sürücülər hələ quru olan asfaltda yaxşı nəticə göstərməyə tələsiblər. Trasın vəziyyəti hər dövrədən sonra yaxşılaşıb, sessiyanın sonunda zəif komandalar hətta Soft təkərlərə keçiblər. Protokollara Kimi Rəykkönen başçılıq edib – 1:15.693, mübarizəni isə “yeni” komandaların sürücüləri ilə birlikdə Jan Erik Vern dayandırıb. Sürücülərin hamısı 107%-lik səddi keçə biliblər.

Fasilə zamanı yağış başlayıb, ona görə də sürücülər trasa keçid təkərlərlə çıxmağa tələsiblər və öndə olan sürücülər üstünlük qazanıblar. Tədricən yağış güclənib və ağır yağış təkərlərinə keçən sürücülər nəticələri yaxşılaşdıra bilməyiblər. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:37.365, mübarizəni isə Rikkardo, Peres, Kobayaşi, Massa, Qrojan, Senna və Rosberq dayandırıblar.

Fasilədə yağış dayanıb, amma sürücülər sonuncu sessiyaya ağır yağış təkərləri ilə çıxıblar. Tədricən trayektoriya sudan təmizləndiyi üçün hər bir sürücü protokollara başçılıq etməyə başlayıb. Poulun taleyi sonuncü dövrələrdə həll olunub. İki həftə əvvəl Silverstounda olduğu kimi bu dəfə də Alonso birinci olub, ispaniyalı sürücü karyerasındakı 22-ci poulunu sabah qələbəyə çevirməyə cəhd edəcək. Onunla birlikdə birinci cərgədən son iki ilin dünya çempionu Sebastyan Fettel start alacaq, arxadan Şumaher və Hülkenberq birinci döngədə onlara hücum edəcəklər…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 F.Alonso Ferrari Ferrari 04 1:16.073 04 1:38.521 1:40.621
02 S.Fettel Red Bull Renault 10 1:16.393 03 1:38.309 1:41.026 + 0.405
03 M.Uebber Red Bull Renault 13 1:16.500 07 1:39.382 1:41.496 + 0.875
04 M.Şumaher Mercedes AMG Mercedes 17 1:16.686 02 1:38.010 1:42.459 + 1.838
05 N.Hülkenberq Force İndia Mercedes 08 1:16.271 08 1:39.467 1:43.501 + 2.880
06 P.Maldonado Williams Renault 05 1:16.181 06 1:38.731 1:43.950 + 3.329
07 C.Batton McLaren Mercedes 14 1:16.507 05 1:38.659 1:44.113 + 3.492
08 L.Həmilton McLaren Mercedes 06 1:16.221 01 1:37.365 1:44.186 + 3.565
09 P.di Resta Force İndia Mercedes 09 1:16.352 09 1:39.703 1:44.889 + 4.268
10 K.Rəykkönen Lotus Renault 01 1:15.693 10 1:39.729 1:45.811 + 5.190
11 D.Rikkardo Toro Rosso Ferrari 15 1:16.516 11 1:39.789
12 S.Peres Sauber Ferrari 02 1:15.726 12 1:39.933
13 K.Kobayaşi Sauber Ferrari 12 1:16.481 13 1:39.985
14 F.Massa Ferrari Ferrari 07 1:16.265 14 1:40.212
15 R.Qrojan Lotus Renault 16 1:16.685 15 1:40.574
16 B.Senna Williams Renault 11 1:16.426 16 1:40.752
17 N.Rosberq Mercedes AMG Mercedes 03 1:15.988 17 1:41.551
18 J.E.Vern Toro Rosso Ferrari 18 1:16.741
19 H.Kovalaynen Caterham Renault 19 1:17.620
20 V.Petrov Caterham Renault 20 1:18.531
21 Ş.Pik Marussia Cosworth 21 1:19.220
22 T.Qlok Marussia Cosworth 22 1:19.291
23 P.de la Rosa HRT Cosworth 23 1:19.912
24 N.Kartikeyan HRT Cosworth 24 1:20.230

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Almaniya Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +22° C Nürburqrinqə qədər mövsümün bütün poullarını Red Bull sürücüləri öz aralarında […]

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +22° C

Nürburqrinqə qədər mövsümün bütün poullarını Red Bull sürücüləri öz aralarında bölüşdürmüşdülər, amma son Qran Prilərdə rəqiblər ciddi tərəqqi etdiyindən bugünkü sıralanma turunda qüvvələr nisbətində dəyişiklik gözlənilirdi.

Dünən və bu gün yağışlı proqnozlara baxmayaraq, trasa yalnız bir neçə damcı düşüb. Pirelli-nin Medium və Soft tərkibləri arasında sürət fərqi bu dəfə dövrədə iki saniyə təşkil edib, ona görə də sürücülər yarışa maksimum təzə təkər dəsti saxlamağa çalışıblar.

Birinci sessiyada güclü komandaların sürücüləri Medium tərkibinə ütsünlük verdiyi halda, Felipe Massa adəti üzrə yumşaq təkərlərlə trasa çıxıb və protokollara başçılıq edib. Yeni komandaların sürücüləri ilə birlikdə Kamui Kobayaşi mübarizədən kənar qalıb. Bütün sürücülər 107%-lik həddi keçə bildikləri üçün sabah yarışın startına çıxacaqlar.

İkinci sessiyada isə bütün sürücülər yumşaq təkərlərlə işləyiblər. Red Bull, Ferrari və McLaren sürücüləri yalnız bir cəhdlə kifayətlənsələr də, rəqibləri yerdə qalan 4 yer uğrunda ciddi mübarizə aparıblar – nəticədə Haydfeld, di Resta, Maldonado, Barrikello, Peres, Buemi və Algersuari son sessiyaya keçə bilməyiblər.

Son sessiyada isə sürətlər artıb – Red Bull sürücüləri hamıdan sürətli olduqlarını elə birinci cəhdlərində sübut ediblər: Uebber Fetteli 0.1 saniyə qabaqlayıb. Mövsümün liderləri bu dəfə ikinci cəhdlərinə də çıxıblar və Uebber nəticəsini bir qədər də yaxşılaşdırıb. Avstraliyalı sürücü karyerasında 9-cu, mövsümdə isə 3-cü poulunu qazanıb. Gözlənilmədən Həmilton ikinci nəticə göstərib, Fettel isə mövsümdə ilk dəfə üçüncü yerdən start alacaq.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 11 1:33.096 04 1:31.311 1:30.079
02 L.Həmilton McLaren Mercedes 08 1:32.934 01 1:30.998 1:30.134 + 0.055
03 S.Fettel Red Bull Renault 09 1:32.973 02 1:31.017 1:30.216 + 0.137
04 F.Alonso Ferrari Ferrari 07 1:32.916 03 1:31.150 1:30.442 + 0.363
05 F.Massa Ferrari Ferrari 01 1:31.826 07 1:31.582 1:30.910 + 0.831
06 N.Rosberq Mercedes GP Mercedes 06 1:32.785 05 1:31.343 1:31.263 + 1.184
07 C.Batton McLaren Mercedes 13 1:33.224 06 1:31.532 1:31.288 + 1.209
08 A.Sutil Force İndia Mercedes 02 1:32.286 08 1:31.809 1:32.010 + 1.931
09 V.Petrov Lotus Renault GP Renault 12 1:33.187 09 1:31.985 1:32.187 + 2.108
10 M.Şumaher Mercedes GP Mercedes 04 1:32.603 10 1:32.180 1:32.482 + 2.403
11 N.Haydfeld Lotus Renault GP Renault 03 1:32.505 11 1:32.215
12 P.di Resta Force İndia Mercedes 05 1:32.651 12 1:32.560
13 P.Maldonado Williams Cosworth 10 1:33.003 13 1:32.635
14 R.Barrikello Williams Cosworth 17 1:33.664 14 1:33.043
15 S.Peres Sauber Ferrari 14 1:33.295 15 1:33.176
16 S.Buemi Toro Rosso Ferrari 15 1:33.635 16 1:33.546
17 X.Algersuari Toro Rosso Ferrari 16 1:33.658 17 1:33.698
18 K.Kobayaşi Sauber Ferrari 18 1:33.786
19 H.Kovalaynen Team Lotus Renault 19 1:35.599
20 T.Qlok Marussia Virgin Cosworth 20 1:36.400
21 K.Çandhok Team Lotus Renault 21 1:36.422
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 22 1:36.641
23 V.Liutsi Hispania Cosworth 23 1:37.011
24 D.Rikkardo Hispania Cosworth 24 1:37.036

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*