Almaniya Qran Prisi: Markesin uğurlu taktikası

Kataloniyalı sürücü vaxtında "quru" motosikletə keçdiyi üçün finişdə ən yaxın izləyicisini də böyük fərqlə üstələyib.

F-1.az xəbər verir ki, yarış qurumaqda olan trasda başlayıb. Poulun sahibi Mark Markes birinci döngəyə lider kimi daxil olub, amma sonra mövqeyini itirməyə başlayıb. Əvvəlcə onu Valentio Rossi keçib, daha sonra Andrea Dovitsiozo irəli çıxıb. İkinci döngədə Danilo Petruççi də ispaniyalı sürücünü üstələyib.

Öndə isə italyanların gərgin mübarizəsi gedib, amma tezliklə bu qrupda da hər şey tam dəyişib: əvvəlcə Rossi geriyə düşüb, daha sonra isə Petruççi Andreanı üstələyərək liderliyə yüksəlib.

Yarışın 11-ci dövrəsinə iki əlamətdar hadisə baş verib: yarışa başçılıq edən Danilo yıxılb və tezliklə mübarizənid ayandırmalı olub, Markes də səhvə yol verib, trasdan çınqıllı zonaya düşüb və trasa 9-cu yerdə qayıdıb.

Bu yer Markın yarışda düşdüyü ən aşağı yer olub. Tras tam quruduğu üçün məlum olub ki, yağış təkərləri ilə start alan sürücülər quru təkərlər taxılmış motosikletlərə keçəcəklər – amma bu vaxtı dəqiq müəyyən etmək tələb olunub. Məhz Markes “quru” motosikletə keçən ilk sürücülərdən olub, sonradan məlum olub ki, bu riskli qərar tamamilə özünü doğruldub.

Yarışın ikinci hissəsində Markes hər dövrə böyük templə ilk beşliklə fərqi bağlamağa başlayıb – Dovitsiozo, Rossi, Kratçlou, Barbera və Miller “yağış” motosikletlərini gec dəyişdikləri üçün boksdan çıxdıqda Markesin arxasına düşüblər. Markes isə bu taktiki gedişlə liderliyi özünə qaytarıb.

Markes rahatca yarışı sona çatdırıb və qələbə hesabna aktivinə növbəti 25 xalı yazıb.

Son dövrəyə qədər Markla bir vaxtda motosikletini dəyişən Skott Reddinq ikinci yerdə gedib, amma yarışın sonunda Kratçlou və Dovitsiozo onu üstələyiblər. İlk altılığı Yannone və Pedrosa tamamlayıblar. Valentino Rossi 8-ci, keçənilki dünya çempionu Xorxe Lorenso isə 15-ci yeri tutublar…

Yer N Sürücü Motosiklet Zaman/Fərq
1 93  Mark Markes Honda 47:03.239
2 35  Kel Kratçlou Honda + 0:09.857
3 4  Andrea Dovitsiozo Ducati + 0:11.613
4 45  Skott Reddinq Ducati + 0:11.992
5 29  Andrea Yannone Ducati + 0:22.755
6 26  Dani Pedrosa Honda + 0:25.920
7 43  Cek Miller Honda + 0:26.043
8 46  Valentino Rossi Yamaha + 0:26.449
9 8  Hektor Barbera Ducati + 0:26.614
10 19  Alvaro Bautista Aprilia + 0:31.274
11 50  Yucin Laverti Ducati + 0:41.208
12 25  Maverik Vinyales Suzuki + 0:42.158
13 38  Brədli Smit Yamaha + 1:03.129
14 41  Aleş Esparqaro Suzuki + 1:06.091
15 99  Xorxe Lorenso Yamaha + 1:17.694
16 53  Tito Rabat Honda + 1 dövrə
17 76  Loris Baz Ducati + 2 dövrə
18 68  Yonni Hernandes Ducati + 3 dövrə
44  Pol Esparqaro Yamaha + 13 dövrə
9  Danilo Petruççi Ducati + 18 dövrə
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*