Quru. Buludlu. Havanın temperaturu +19°-21° C, trasın temperaturu +26°-29° C
Nahardan sonra mühəndislər sazlanmalara düzəlişlər ediblər və təkər tərkiblərinin effektliyini qiymətləndirməyə davam ediblər. Keçən bazar Silverstounda baş verən insidentlər üzündən Pirelli şirkəti arxa təkərlərin əsasında polad təbəqəni kevlar təbəqə ilə əvəzləməli olub.
Bəzi komandalarda proqram sürücülər arasında bölünüb – sürücülər trasa maşının müxtəlif konfiqurasiyaları ilə çıxıblar, toplanmış məlumat əsasında sıralanma turu və yarış üçün optimal qərar qəbul olunmalıdır. Sauber arxa antiqanadın iki versiyasını test edib, Ferrari-də isə müxtəlif yeniliklər test olunub.
Səhər özünü pis hiss edən və Rodolfo Qonsales tərəfindən əvəzlənən Jül Byanki sükan arxasına qayıtsa da, çox işləyə bilməyib – sürücünün mədəsi pozulub.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:30.416, ilk səkkizlik bir saniyəyə yerləşib…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Fettel | Red Bull | Renault | 1:30.416 | – | 39 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:30.651 | + 0.235 | 38 |
03 | M.Uebber | Red Bull | Renault | 1:30.683 | + 0.267 | 41 |
04 | R.Qrojan | Lotus | Renault | 1:30.843 | + 0.427 | 32 |
05 | K.Rəykkönen | Lotus | Renault | 1:30.848 | + 0.432 | 27 |
06 | F.Alonso | Ferrari | Ferrari | 1:31.056 | + 0.640 | 39 |
07 | F.Massa | Ferrari | Ferrari | 1:31.059 | + 0.643 | 41 |
08 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:31.304 | + 0.888 | 35 |
09 | C.Batton | McLaren | Mercedes | 1:31.568 | + 1.152 | 37 |
10 | P.di Resta | Force İndia | Mercedes | 1:31.797 | + 1.381 | 40 |
11 | A.Sutil | Force İndia | Mercedes | 1:31.824 | + 1.408 | 34 |
12 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:31.855 | + 1.439 | 42 |
13 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:32.055 | + 1.639 | 39 |
14 | S.Peres | McLaren | Mercedes | 1:32.086 | + 1.670 | 36 |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 1:32.495 | + 2.079 | 39 |
16 | E.Qutyerres | Sauber | Ferrari | 1:32.762 | + 2.346 | 44 |
17 | V.Bottas | Williams | Renault | 1:32.879 | + 2.463 | 35 |
18 | P.Maldonado | Williams | Renault | 1:32.880 | + 2.464 | 36 |
19 | Ş.Pik | Caterham | Renault | 1:33.695 | + 3.279 | 38 |
20 | Q.van der Qarde | Caterham | Renault | 1:33.804 | + 3.388 | 40 |
21 | J.Byanki | Marussia | Cosworth | 1:34.017 | + 3.601 | 10 |
22 | M.Çilton | Marussia | Cosworth | 1:34.667 | + 4.251 | 39 |