Quru. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +19°-23° C
Bu gün səhər yağış yağmayıb və komandalar hazırladıqları yeniliklərlə və yenilənmiş Pirelli təkərlərilə məhsuldar işləyə biliblər – Silverstounda baş vermiş çoxsaylı insidnetlərdən sonra təkər istehsalçısı məhsulun konstruksiyasında dəyişiklik edib: təkərin əsasında polad təbəqə kevlar təbəqə ilə əvəz olunub.
Bundan başqa, dünən FİA təkərlərlə iş qaydasını tövsiyyə etmişdi – bütün komandalara ön və arxa təkərlərdə minimal təzyiq, təkərlərin maşında üfüqi və şaquli kənarlaşma bucaqları məsləhət olunan məktub göndərilmişdi, ona görə də mühəndislər bu düzəlişlərin effektliyini də qiymətləndiriblər.
Marussia komandasında özünü pis hiss etmiş Jül Byankini komandanın ehtiyat sürücüsü Rodolgo Qonsales əvəz edib.
Komandalar yeniliklərlə eksperimentlər keçiriblər. Əgər keçən Qran Pridə Lotus-un hazırladığı passiv DRS sistemi Kimi Rəykkönenin maşınına qoyulmuşdusa, bu dəfə Roman Qrojan yeniliyi yoxlayıb, Kimi isə komandanın hazırladığı digər yenilikləri yoxlayıb. Passiv DRS-i Mercedes AMG komandası Niko Rosberqin maşınında yoxlayıb.
Sessiyanın startından beş dəqiqə sonra Fernando Alonsonun maşınında elektronika problemləri üzə çıxıb. Sessiyanın ortasında ispaniyalı sürücü trasa qayıtsa da, bri dövrədən sonra boksa qayıdıb – maşında ECU işləməyib.
Protokollara Lyuis Həmilton başçılıq edib – 1:31.754, Rosberq komanda yoldaşına az uduzub, Mercedes AMG sürücüləri sıralanma turu rejimində işlədiklər üçün rəqiblərini xeyli qabaqlayıblar.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:31.754 | – | 25 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:31.973 | + 0.219 | 25 |
03 | M.Uebber | Red Bull | Renault | 1:32.789 | + 1.035 | 22 |
04 | A.Sutil | Force İndia | Mercedes | 1:32.822 | + 1.068 | 16 |
05 | K.Rəykkönen | Lotus | Renault | 1:32.956 | + 1.202 | 22 |
06 | F.Massa | Ferrari | Ferrari | 1:33.065 | + 1.311 | 18 |
07 | C.Batton | McLaren | Mercedes | 1:33.139 | + 1.385 | 24 |
08 | S.Fettel | Red Bull | Renault | 1:33.213 | + 1.459 | 20 |
09 | R.Qrojan | Lotus | Renault | 1:33.260 | + 1.506 | 27 |
10 | S.Peres | McLaren | Mercedes | 1:33.456 | + 1.702 | 18 |
11 | P.di Resta | Force İndia | Mercedes | 1:33.493 | + 1.739 | 18 |
12 | N.Hülkenberq | Sauber | Ferrari | 1:33.810 | + 2.056 | 20 |
13 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:33.901 | + 2.147 | 23 |
14 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:33.976 | + 2.222 | 26 |
15 | P.Maldonado | Williams | Renault | 1:34.025 | + 2.271 | 20 |
16 | V.Bottas | Williams | Renault | 1:34.200 | + 2.446 | 22 |
17 | E.Qutyerres | Sauber | Ferrari | 1:34.437 | + 2.683 | 24 |
18 | Ş.Pik | Caterham | Renault | 1:35.674 | + 3.920 | 23 |
19 | M.Çilton | Marussia | Cosworth | 1:35.987 | + 4.233 | 19 |
20 | Q.van der Qarde | Caterham | Renault | 1:36.078 | + 4.324 | 23 |
21 | R.Qonsales | Marussia | Cosworth | 1:37.459 | + 5.705 | 21 |
22 | F.Alonso | Ferrari | Ferrari | – | – | 2 |