F-1.az xatırlaıdır ki, Liberty Media düzülüşdəki qızların idmanın imicinə tərs gəldiyini əsas gətirərək onlardan imtina etmiş, əvəzinə isə gənc kartinq sürücülərini gətirəcəklərini demişdilər.
Niko Rosberq: “Birinci dəfə dediklərində mənə qəribə gəldi. Amma uşaqların düzülüşdə dayanması yaxşı fikirdir. Gənc uşaqlar idealları olan sürücülərə yaxın olacaqlar. Bu, gözəl xəbərdir. Gənc sürücülərə motivasiya verə bilər”.
Timo Qlok: “Bəlkə, razılaşmaq olar, uşaqların düzülüşdə olması gözəl fikirdir. Uşaqlar ideallarını yaxından görə biləcəklər”.