F-1.az bildirir ki, hava şəraitinin dəyişməsi komandaların proqramlarını dəyişməsinə səbəb olub. Qasli və Kubitsa yeni şassi ilə işləyiblər, Hər iki Williams sürücüsünün maşını yeniliklərlə zəngin olub.
FİA ilk və son döngədə trasdan tam çıxıldığı halda, dövrəvi nəticənin ləğv olunacağı ilə bağlı xəbərdarlıq edib, lakin sessiya ərzində buna dəfələrlə məhəl qoyulmayıb və həmin nəticələr qeydə alınmayıb.
Bottasın maşınında “proqramlaşdırma səhvi” aşkarlanıb. Finlandiyalı sürücünün sürəti buna görə aşağı düşüb, lakin bir qədər sonra problem aradan qaldırılıb.
Protokollara yenə də Ferrari sürücüsü başçılıq edib – Lekler 1:12.380-lıq dərəcə ilə hamıdan sürətli olub. Bizi olduqca maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:12.380 | – | 18 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.548 | + 0:00.168 | 12 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:12.644 | + 0:00.264 | 18 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:12.890 | + 0:00.510 | 24 |
5 | 20 | Kevin Maqnussen | Haas | 1:12.893 | + 0:00.513 | 13 |
6 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.965 | + 0:00.585 | 22 |
7 | 55 | Karlos Sayns | McLaren | 1:13.300 | + 0:00.920 | 18 |
8 | 10 | Pyer Qasli | Red Bull | 1:13.324 | + 0:00.944 | 17 |
9 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:13.351 | + 0:00.971 | 18 |
10 | 8 | Roman Qrojan | Haas | 1:13.378 | + 0:00.998 | 15 |
11 | 11 | Serxio Peres | Racing Point | 1:13.476 | + 0:01.096 | 15 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:13.496 | + 0:01.116 | 19 |
13 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:13.554 | + 0:01.174 | 24 |
14 | 4 | Lando Norris | McLaren | 1:13.556 | + 0:01.176 | 15 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:13.671 | + 0:01.291 | 16 |
16 | 18 | Ləns Stroll | Racing Point | 1:13.672 | + 0:01.292 | 15 |
17 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:13.767 | + 0:01.387 | 21 |
18 | 3 | Daniel Rikkardo | Renault | 1:13.816 | + 0:01.436 | 20 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:15.540 | + 0:03.160 | 20 |
20 | 63 | Corc Rassell | Williams | 1:15.824 | + 0:03.444 | 11 |