F-1.az bildirir ki, Hülkenberq maşının əyləcləri, Kubitsa isə maşının konfiqurasiyası dəyişdirildiyi üçün sessiyaya gec başlayıblar. Ferstappen də ilk 20 dəqiqəni boksda keçirib. Niko pit yolunun çıxışında start prosedurlarını simulyasiya edərkən ötürmələr qutusunda problem yaşayıb və mexaniklər onun maşınını boksa qaytarıblar.
73-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb – Qasli çox ciddi qəza edib. Sürücü zədələnməyib, lakin dərhal tibbi mərkəzə göndərilib. Qəza zamanı onun üzərinə düşən təzyiq 10G olub. 8 dəqiqəlik fasilədən sonra sürücülər işlərini davam etdiriblər.
Sessiyanın sonlarında Qrojan güc qurğusunun problemi ilə qarşılaşıb, lakin maşını boksa çatdıra bilib.
Protokollara bu dəfə Şarl Lekler başçılıq edib – 1:13.449. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:13.449 | – | 33 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.573 | + 0:00.124 | 30 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:13.595 | + 0:00.146 | 30 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:14.111 | + 0:00.662 | 30 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:14.133 | + 0:00.684 | 23 |
6 | 8 | Roman Qrojan | Haas | 1:14.179 | + 0:00.730 | 33 |
7 | 18 | Ləns Stroll | Racing Point | 1:14.268 | + 0:00.819 | 32 |
8 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:14.458 | + 0:01.009 | 33 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:14.472 | + 0:01.023 | 26 |
10 | 11 | Serxio Peres | Racing Point | 1:14.518 | + 0:01.069 | 30 |
11 | 55 | Karlos Sayns | McLaren | 1:14.662 | + 0:01.213 | 34 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:14.800 | + 0:01.351 | 39 |
13 | 3 | Daniel Rikkardo | Renault | 1:15.010 | + 0:01.561 | 33 |
14 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:15.062 | + 0:01.613 | 36 |
15 | 10 | Pyer Qasli | Red Bull | 1:15.089 | + 0:01.640 | 19 |
16 | 4 | Lando Norris | McLaren | 1:15.247 | + 0:01.798 | 29 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:15.406 | + 0:01.957 | 31 |
18 | 20 | Kevin Maqnussen | Haas | 1:15.470 | + 0:02.021 | 28 |
19 | 63 | Corc Rassell | Williams | 1:16.900 | + 0:03.451 | 27 |
20 | 88 | Robert Kubitsa | Williams | 1:16.980 | + 0:03.531 | 26 |