F-1.az bildirir ki, əksər komandalar Almaniyaya yeniliklərlə gəliblər. Mercedes 125-ci il şərəfinə maşının rənglərində dəyişiklik edib və Avstriyada üzə çıxan soyutma sistemlərindəki problem üzərində işləyib. Williams-da yeniliklər yalnız Kubitsanın maşınına qoyulub və beləliklə, Qrouv təmsilçisi müqayisə apara bilib. Haas da eyni addımı atıb. Racinq Point isə çox ciddi yeniliklər gətirib.
Startdan 19 dəqiqə sonra Maqnussenin maşını 13-cü döngədə dayanıb – buna səbəb güc qurğusunun sensorlarındakı problem olub. Qırmızı bayraqlar dalğalanıb və fasilə 8 dəqiqə davam edib.
Sona 1 dəqiqə qalmış Bottas çınqıllığa düşüb, lakin trasa qayıda bilib və maşını boksa sürüb. Rikkardo yerində fırlansa da, maşın zədələnməyib.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:14.013. Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:14.013 | – | 21 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:14.268 | + 0:00.255 | 25 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:14.315 | + 0:00.302 | 32 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:14.330 | + 0:00.317 | 28 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:14.660 | + 0:00.647 | 28 |
6 | 10 | Pyer Qasli | Red Bull | 1:14.813 | + 0:00.800 | 23 |
7 | 55 | Karlos Sayns | McLaren | 1:15.062 | + 0:01.049 | 30 |
8 | 8 | Roman Qrojan | Haas | 1:15.074 | + 0:01.061 | 30 |
9 | 18 | Ləns Stroll | Racing Point | 1:15.191 | + 0:01.178 | 26 |
10 | 3 | Daniel Rikkardo | Renault | 1:15.567 | + 0:01.554 | 23 |
11 | 11 | Serxio Peres | Racing Point | 1:15.604 | + 0:01.591 | 24 |
12 | 4 | Lando Norris | McLaren | 1:15.616 | + 0:01.603 | 26 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:15.759 | + 0:01.746 | 27 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:15.776 | + 0:01.763 | 30 |
15 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:15.777 | + 0:01.764 | 24 |
16 | 27 | Niko Hülkenberq | Renault | 1:15.823 | + 0:01.810 | 23 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:15.953 | + 0:01.940 | 26 |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:16.382 | + 0:02.369 | 31 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:16.559 | + 0:02.546 | 27 |
20 | 63 | Corc Rassell | Williams | 1:17.126 | + 0:03.113 | 23 |