Almaniya-2018: Yarışa hava proqnozu

Sürücülər cümə günü quru havada işləsələr də, şənbə günü səhər yağış yağıb və məşqlərə mane olub. Lakin sıralanma turundan əvvəl yağıntı dayanıb və asfalt quruyub. Bu gün isə hava dəyişkən olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 15:10-da yollanmalıdırlar, həmin vaxt hava dəyişkən buludlu olacaq və mülayim şimal-qərb küləyi əsəcək. Termometrlər maksimum +27 dərəcəni göstərəcəklər. Şimşək çaxması gözlənilir. Yağıntı ehtimalı 30%-dir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*