Almaniya-2018: İkinci sərbəst yürüşlər

Proqnozlara görə, cümə günü həftəsonunun ən isti günü olmalıdır. İkinci məşqlər zamanı havanın hərarəti +30 dərəcəni keçib, asfaltın temperaturu isə +50 dərəcəyə çatıb və bu, özünü təkərlərin işləməsində göstərib.

F-1.az bildirir ki, şənbə və bazar günlərinin nisbətən sərin keçəcəyi gözlənilir. Buna görə də, komandalar sazlanmalardan müəyyən dəyişikliklər edəcəklər. İkinci məşqlərdə isə əsas diqqətlər təkərlərin səmərəliliyinin yoxlanılmasına yönəldilib.

Rikkardo sessiyanın əvvəlində asfaltla ilişmənin az olmasından şikayətlənib. O, yerində fırlanıb, lakin hərəkətini davam etdirə bilib. 70-ci dəqiqədə Sirotkin 13-cü döngədə trasdan çıxıb, lakin ciddi bir şey baş verməyib. Ferstappen isə maşının qeyri-adi səsindən şikayət edib və onu mexaniklərə təhvil verib. Lakin sessiyanın sonlarında yenidən trasa qayıdıb.

Protokollara bu dəfə Maks Ferstappen trasın mütləq rekordunu yeniləyərək başçılıq edib – 1:13.085. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:13.085 18
2 44 Lyuis Həmilton Mercedes AMG 1:13.111 + 0:00.026 39
3 77 Valtteri Bottas Mercedes AMG 1:13.190 + 0:00.105 39
4 5 Sebastyan Fettel Ferrari 1:13.310 + 0:00.225 46
5 7 Kimi Rəykkönen Ferrari 1:13.427 + 0:00.342 41
6 8 Roman Qrojan Haas 1:13.973 + 0:00.888 34
7 20 Kevin Maqnussen Haas 1:14.189 + 0:01.104 36
8 16 Şarl Lekler Sauber 1:14.374 + 0:01.289 41
9 27 Niko Hülkenberq Renault 1:14.496 + 0:01.411 31
10 31 Esteban Okon Force İndia 1:14.508 + 0:01.423 39
11 11 Serxio Peres Force İndia 1:14.552 + 0:01.467 38
12 55 Karlos Sayns Renault 1:14.592 + 0:01.507 43
13 3 Daniel Rikkardo Red Bull 1:14.682 + 0:01.597 36
14 9 Markus Eriksson Sauber 1:14.783 + 0:01.698 38
15 10 Pyer Qasli Toro Rosso 1:14.793 + 0:01.708 44
16 28 Brendon Hartli Toro Rosso 1:14.830 + 0:01.745 45
17 14 Fernando Alonso McLaren 1:14.836 + 0:01.751 38
18 18 Ləns Stroll Williams 1:15.269 + 0:02.184 36
19 35 Sergey Sirotkin Williams 1:15.408 + 0:02.323 41
20 2 Stoffel Vandorn McLaren 1:15.454 + 0:02.369 34
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*