F-1.az xəbər verir ki, yarışa 14-cü yerdən başlayan, vaxt itirmədən yüksəlməyi bacaran, sonda əsas rəqibi Sebastyan Fettelin qəza etməsi, Təhlükəsizlik Maşınının trasa çıxması və Ferrari-nin Kimi Rəykkönen üçün səhv strategiya seçməsindən yararlanaraq qalib gələn Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Lyuis bu ada cari mövsümdə üçüncü dəfə layiq görülür. O, İspaniya və Britaniya Qran Prilərində də azatkeşlərin rəğbətini qazanmışdı.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Fernando Alonso |
Bəhreyn Qran Prisi | Pyer Qasli |
Çin Qran Prisi | Daniel Rikkardo |
Azərbaycan Qran Prisi | Şarl Lekler |
İspaniya Qran Prisi | Lyuis Həmilton |
Monako Qran Prisi | Daniel Rikkardo |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Fransa Qran Prisi | Sebastyan Fettel |
Avstriya Qran Prisi | Maks Ferstappen |
Britaniya Qran Prisi | Lyuis Həmilton |
Almaniya Qran Prisi | Lyuis Həmilton |