F-1.az bildirir ki, məşqlərdə Mercedes AMG sürücüləri dominantlıq ediblər – Niko Rosberq ev trasında bütün sərbəst yürüşlərin protokollarına başçılıq edib, Lyuis Həmilton isə hər üç halda ikinci olub, amma favoritlərin arxasında qısa dövrədə nəticələr çox sıx alınıb. Dünən liderlərə ən yaxın Ferrari sürücüləri olmuşdular, bu gün isə Red Bull sürücüləri sürətləniblər – Rikkardo liderdən cəmi 0.1 saniyə geri qalıb.
Qrojanın maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün sabahkı yarışın startında yer itirmək cəzası alıb.
Pirelli Hokkenhayma mövsümün ən populyar orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətiriblər. Medium-dan minimum sifariş verən komandalar sıralanma turunda əsas üstünlüyü SuperSoft-a veriblər.
Birinci sessiyada Mercedes AMG komandasının sürücüləri Soft tərkibi ilə yalnız bir cəhd ediblər – bununla da qırmızı təkərlərə qənaət edən sürücülər hələ protokollara da başçılıq ediblər: Lyuis Həmilton sarı təkərlərlə komanda yoldaşından 0.2 saniyə sürətli olub – 1:15.243.
Digər sürücülər isə SuperSoft-la trasa çıxıblar, Daniel Rikkardo Həmiltona 0.3 saniyə uduzub. Mübarizəni isə Maqnussen, Verlyayn, Kvyat, Haryanto, Nasr və Eriksson dayandırıblar.
İkinci sessiyada hamı SuperSoft-a keçib. Mercedes sürücüləri trasa birinci çıxıblar və Həmilton yenə də hamıdan sürətli olub – 1:14.748, amma bu dəfə komanda yoldaşını cəmi 0.09 saniyə üstələyib.
Liderlərə ən yaxın nəticəni Ferstappen göstərib – gənc sürücü Lyuisə 0.4 saniyə uduzub. Mübarizəni isə Qutyerres, Batton, Sayns, Alonso, Qrojan və Palmer dayandırıblar.
Son sessiyada Fettel və Force İndia sürücüləri ilk cəhdlərinə işlənmiş qırmızı təkərlərlə çıxıblar. Rosberq sürətli dövrəsini yarımçıq qoyaraq boksa qayıdıb – elektronika sıradan çıxıb, Həmilton isə protokollara başçılıq edib – 1:14.486. Rikkardo 0.2 saniyə geridə qərarlaşıb.
İkinci cəhdində Rosberq 1:14.363 nəticə ilə liderliyi ələ alıb, arxadan gələn Həmilton isə ikinci sektorda təkərləri bloka salaraq nəticəsini yaxşılaşdıra bilməyib və ikinci qalıb.
Niko Rosberq ev trasında sıralanma turunda qalib gələrək mövsümdə 5-ci, karyerasında isə 27-ci poulunu qazanıb. Lyuis Həmilton komanda yoldaşına 0.1 saniyə uduzub və sabah ilk döngəyə öndə girməyə çalışacaq – Mercedes yenə də ilk cərgəni tam zəbt edib.
İkinci cərgə isə bütünlüklə Red Bull-un ixtiyarında olacaq – Daniel Rikkardo 0.1 saniyə gənc komanda yoldaşından üstün olub. Üçüncü cərgə isə artıq Ferrari üçün normaya çevrilir – Kimi Rəykkönen yenə də Fetteldən üstün olub.
Sabah bizi maraqlı start və yarış gözləyir!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 2 | 1:15.485 | 3 | 2 | 1:14.839 | 3 | 1:14.363 | 6 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:15.243 | 3 | 1 | 1:14.748 | 3 | 1:14.470 | 6 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 3 | 1:15.591 | 3 | 7 | 1:15.545 | 5 | 1:14.726 | 6 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 5 | 1:15.875 | 3 | 3 | 1:15.124 | 3 | 1:14.834 | 6 |
5 | 5 | Kimi Rəykkönen | Ferrari | 4 | 1:15.752 | 3 | 4 | 1:15.242 | 3 | 1:15.142 | 6 |
6 | 7 | Sebastyan Fettel | Ferrari | 6 | 1:15.927 | 3 | 9 | 1:15.630 | 5 | 1:15.315 | 6 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | 11 | 1:16.301 | 3 | 8 | 1:15.623 | 6 | 1:15.510 | 6 |
8 | 77 | Valtteri Bottas | Williams | 7 | 1:15.952 | 3 | 5 | 1:15.490 | 6 | 1:15.530 | 3 |
9 | 11 | Serxio Peres | Force İndia | 9 | 1:16.169 | 4 | 6 | 1:15.500 | 6 | 1:15.537 | 7 |
10 | 19 | Felipe Massa | Williams | 15 | 1:16.503 | 4 | 10 | 1:15.699 | 6 | 1:15.615 | 3 |
11 | 21 | Esteban Qutyerres | Haas | 8 | 1:15.987 | 8 | 11 | 1:15.883 | 6 | ||
12 | 22 | Censon Batton | McLaren | 10 | 1:16.172 | 8 | 12 | 1:15.909 | 6 | ||
13 | 55 | Karlos Sayns | Toro Rosso | 12 | 1:16.317 | 6 | 13 | 1:15.989 | 6 | ||
14 | 14 | Fernando Alonso | McLaren | 14 | 1:16.338 | 5 | 14 | 1:16.041 | 6 | ||
15 | 8 | Roman Qrojan | Haas | 13 | 1:16.328 | 8 | 15 | 1:16.086 | 6 | ||
16 | 30 | Colion Palmer | Renault | 16 | 1:16.636 | 8 | 16 | 1:16.665 | 6 | ||
17 | 20 | Kevin Maqnussen | Renault | 17 | 1:16.716 | 8 | |||||
18 | 94 | Paskal Verlyayn | Manor | 18 | 1:16.717 | 10 | |||||
19 | 26 | Daniil Kvyat | Toro Rosso | 19 | 1:16.876 | 6 | |||||
20 | 88 | Rio Haryanto | Manor | 20 | 1:16.977 | 9 | |||||
21 | 12 | Felipe Nasr | Sauber | 21 | 1:17.123 | 6 | |||||
22 | 9 | Markus Eriksson | Sauber | 22 | 1:17.238 | 6 |