F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Həmilton komandasının boksu önündə dayanan fotoqrafa dəyib, fotoqraf yıxılsa da ciddi zədələnməyib.
Bu dəfə trasdan çıxmalar və əylənmədə səhvlər çox olmayıb. Dünən trasın hüdudlarından çıxan sürücülərin cərimə olunmayacaqlarını deyən Çarli Uaytinq bu gün bildirib ki, ancaq nahardan əvvəl Maks Ferstappen 14 dəfə birinci döngədə dörd təkərlərlə trasdan xaricə çıxıb. Ona görə də nahardan sonra sürücülər bu döngədə ehtiyatlı olublar – stüardlar isə yenə də qayda pozuntularını saymağa başlayıblar.
Censon Batton işini vaxtından əvvəl dayandıraraq tibbi mərkəzə yollanıb, daha sonra yaxınlıqdakı Manqeym hospitalında sol gözü yuyulub – Censonun gözünə əyləclərdən ayrılan karbon qırıntısı düşübmüş.
Nahardan əvvəl olduğu kimi protokollara Niko Rosberq başçılıq edib – 1:15.614, sabah məşqlər davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:15.614 | – | 43 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:16.008 | + 0:00.394 | 36 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:16.208 | + 0:00.594 | 39 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.456 | + 0:00.842 | 40 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:16.490 | + 0:00.876 | 38 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:16.512 | + 0:00.898 | 45 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | 1:16.781 | + 0:01.167 | 43 |
8 | 22 | Censon Batton | McLaren | 1:17.087 | + 0:01.473 | 16 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:17.148 | + 0:01.534 | 44 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:17.225 | + 0:01.611 | 21 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:17.342 | + 0:01.728 | 32 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:17.367 | + 0:01.753 | 38 |
13 | 77 | Valtteri Bottas | Williams | 1:17.425 | + 0:01.811 | 44 |
14 | 8 | Roman Qrojan | Haas | 1:17.602 | + 0:01.988 | 13 |
15 | 19 | Felipe Massa | Williams | 1:17.686 | + 0:02.072 | 40 |
16 | 21 | Esteban Qutyerres | Haas | 1:18.005 | + 0:02.391 | 42 |
17 | 20 | Kevin Maqnussen | Renault | 1:18.056 | + 0:02.442 | 46 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:18.130 | + 0:02.516 | 28 |
19 | 94 | Paskal Verlyayn | Manor | 1:18.193 | + 0:02.579 | 42 |
20 | 30 | Colion Palmer | Renault | 1:18.313 | + 0:02.699 | 47 |
21 | 88 | Rio Haryanto | Manor | 1:18.591 | + 0:02.977 | 47 |
22 | 12 | Felipe Nasr | Sauber | 1:19.295 | + 0:03.681 | 41 |