F-1.az Hokkenhaymrinq trasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, cümə günündən bazar gününə qədər hava +26 dərəcədən +28 dərəcəyədək qızacaq, bəzi yerlərdə və saatlarda buludlu olacaq, zəif cənub-qərb küləyi əsəcək. Cümə günü axşam yağış gözlənilir, digər günlərdə yağışın yağması ehtimalı 20%-dən azdır.
Xatırladaq ki, 2014-cü ildə trasda son Qran Prinin bütün sessiyaları qura havada baş tutmuşdu…