Almaniya-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Niko Rosberqin ev trasında da favorit Lyuis Həmiltonu hesab edirlər. Ev trasında Sebastyan Fettelin şansları Red Bull sürücülərindən yüksək qiymətləndirilir…

Almaniya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Niko Rosberq 3.50
Sebastyan Fettel 10.00
Daniel Rikkardo 13.00
Maks Ferstappen 15.00
Kimi Rəykkönen 29.00
Valtteri Bottas 126.00
Felipe Massa, Serxio Peres, Niko Hülkenberq 151.00
Censon Batton, Fernando Alonso 251.0

 

Keçən həftə Macarıstanda qələbə qazanaraq çempionatda liderliyə yüksəlməsi Lyuisin ardıcıl 3-cü titulu qazanması şanslarını da artırıb. Bukmeykerlər yalnız Niko Rosberqin onu üstələməsinə inanırlar, digər sürücülərin şanslarını isə çox aşağı qiymətləndiriblər…

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton 1.25
Niko Rosberq 4.00
Sebastyan Fettel, Daniel Rikkardo 151.00
Maks Ferstappen 301.00
Kimi Rəykkönen 501.00

 

Mühəndislər Kubokunda isə faktiki olaraq mübarizə başa çatıb – Mercedes AMG komandasının qələbəsi heç kimdə şübhə doğurmur, Red Bull isə Ferrari-nin önündə mövsümü başa vuracaq…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG 1.00
Red Bull 81.00
Ferrari 101.00
Williams, Force İndia, McLaren 2501.00

 

Saytımızdakı sorğuda siz də qələbəyə əsas namizədin adını seçə bilərsiniz…

[wpolling id=”13″ width=”” height=””]

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*