Alfa Romeo yeni rəng çalarını təqdim edib

Alfa Romeo komandası 2022-ci il bolidi C42-nin rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Alfa Romeo C42-ni əslində çoxdan təqdim etmişdi, amma komanda əvvəldən bildirmişdi ki, ilk testə kamuflajlı çıxacaq və əsl rəng çalarını Bəhreyndəki testlərdən əvvəl təqdim edəcək. Axır ki, gözlənilən gün gəlib çatlb və komanda C42-nin rəng çalarını təqdim edib.

Yeni maşın da əvvəlkilər kimi qırmızı-ağ rəng çalarında olacaq. Bəzi hissələrdə isə qara rəngdən istifadə olunub. Ön və arxa tərəf qırmızı, orta hissə isə ağ rəngə boyanıb. Buna görə də builki bolid keçənilkindən fərqlənir. Disk qapaqları da qırmızı və ağ rəng çalarındadır.

Alfa Romeo sürücü heyətini də tamamilə dəyişib. Kimi Rəykköneni yerlisi Valtteri Bottas, Antonio Covinatsini isə debütant Quanyu Çjou əvəz edib.

Komandanın rəhbəri Frederik Vassyör: “Yeni mövsümün başlanğıcı həmişə həyəcanverici olub. Uzun müddət çəkdiyimiz əziyyətin bəhrəsidir. İnanırıq ki, C42 ilə daha yaxşı nəticələr qazanacağıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*