Alfa Romeo yeni maşında mühərriki işə salıb – VİDEO

Mercedes, McLaren, Ferrari, Renault və Williams komandalarından sonra Alfa Romeo da 2020-ci il mövsümü üçün hazırladığı maşında mühərriki işə salıb.

F-1.az bildirir ki, komandanın Hinvildəki bazasına komanda üzvləri C39 şassisinə quraşdırılmış Ferrari güc qurğusunun necə işlədiyini izləmək və dinləmək üçün toplaşıblar.

“450 işçi, 15 min maşın detalı, 8 min çertyoj, 100 min saatdan çox iş, 1 komanda, 2 maşın. Yüzlərlə insanın sayəsində bu, mümkün oldu. C39 bu cür doğulur”, – deyə Alfa Romeo-nun mətbuat xidməti bu vacib hadisə ilə bağlı videoya şərh verib.

Yeni maşının təqdimat mərasimi fevralın 19-da səhər Barselonada mövsümöncəsi testlərin ilk günü başlamazdan əvvəl keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*