F-1.az bildirir ki, ekvadorlu sürücü keçən il GP3-də 12-ci yeri tutub və bu ildən Sauber Junior Team komandası ilə Formula2-də debüt edəcək. Alfa Romeo-nun bildirdiyinə görə, 19 yaşlı sürücü bu ildən komandanın developer sürücüsü olacaq.
Xuan Manuel Korrea: “Mənə verilən şansın qarşılığını qaytarmağa çalşacam. Mənə şans verdikləri üçün Fredə və Alfa Romeo komandasına təşəkkür edirəm. Alfa Romeo kimi bir markanın üzvü olduğum üçün xoşbəxtəm”.
Komandanın rəhbəri Frederik Vassyör də bu təyinatdan razı qalıb: “Xuan artıq bizim komandadadır və bunu açıqladığımız üçün sevincliyik. Xuan komandamızın developer sürücüsü olacaq və yeni mübarizəyə girəcək. Biz ona özünü təkmilləşdirməsi üçün kömək edəcəyik”.