Alfa Romeo və Edelweiss müqaviləni uzadıb

Alfa Romeo komandası və İsveçrənin Edelweiss aviaşirkəti əməkdaşlığı davam etdirdiklərini elan ediblər.

F-1.az xəbər verir ki, Edelweiss bundan sonra da Alfa Romeo-nun aviasiya partnyoru olaraq qalır və komandanı ardıcıl üçüncü il dünyanın hər yerinə yarışlara aparmağa davam edəcək. Şirkətin loqotiplərı Valtteri Bottas və Quanyu Çjounun maşınlarının üzərində həkk olunub.

Alessandro Alunni Bravi: “İki uğurlu ildən sonra Edelweiss ilə tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq. Aparıcı İsveçrə aviaşirkətlərindən biri kimi, Edelweiss bütün dünyada İsveçrə keyfiyyətini və səmərəliliyini qürurla təmsil edərək, sərnişinlərə uçuş zamanı mümkün olan ən yaxşı təyyarə təcrübəsini təmin etməyə böyük diqqət yetirir.

Aviaşirkət sosial və ekoloji cəhətdən məsuliyyətli davranışa sadiqdir və bu, Alfa Romeo komandasının və bütövlükdə Sauber Qrupunun vizyonunu əks etdirir. Biz Formula1-də uğur qazanmaq üçün bu il birlikdə daha da yüksəklərə uçmaqdan məmnunuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*