F-1.az xəbər verir ki, sürücülər maşın yenicə təqdim olunmasına baxmayaraq, onunla artıq yaxşı tanışdırlar.
Valtteri Bottas: “Onun rəng sxemini, çalarlarını bəyənirəm. Daha qorxulu görünür .Mən də simulyatorda sınaqdan keçirmişəm – deyəsən sürətlidir. Biz maşında yaxşılaşdırılması lazım olan sahələri təkmilləşdirmişik”.
Quanyu Çjou: “Simulyatorda iş zamanı qazanılan bütün təəssüratlar hələ ki, pis deyil. Biz bolidin zəif yerləri üzərində işləmişik və ümid edirik ki, pelotonun ortasında başqa komandalarla yenidən mübarizə apara biləcəyik”.