Alfa Romeo sürücüləri maşında dəyişiklik ediblər

Alfa Romeo komandasının sürücüləri Valtteri Bottas və Quanyu Çjou, Haas komandasının sürücüsü Niko Hülkenberq sıralanma turundan əvvəl maşında bəzi dəyişikliklər ediblər.

F-1.az bildirir ki, hunqarorinq trası ötməyə əlverişsiz olduğu üçün burada yer itirmək cəzası almaq elə də ideal deyil. Buna görə də əksər komandalar motor və ötürmələr qutusu ilə bağlı cəzaları Spa və ya Montsada almağı seçirlər.

Lakin bəzən dəyişikliklər edilir. Məsələn cümə günü Alpine komandasının sürücüsü Esteban Okon yeni güc qurğusuna keçmişdi. Dünən də bəzi maşınlarda xırda dəyişikliklər edilib. Alfa Romeo komandasının sürücüləri Valtteri Bottas və Quanyu Çjou üçüncü ötürmələr qutusuna keçiblər.

Bu mövsüm sürücülər dörd ötürmələr qutusundan istifadə edə bilərlər. Buna görə də iki sürücü də cərimələnməyəcək. Bundan başqa Alfa Romeo iki maşında da MGU-K və MGU-H generatorlarını dəyişiblər. Valtteri Bottas yeni qazburaxma sistemi götürüb.

Haas komandasından Niko Hülkenberq isə yeni MGU-K generatoruna keçib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*