Alfa Romeo “şokolad kimi” tərəfdaş tapıb

Alfa Romeo komandası Huski Chocolate ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, italyanlar Robert Kubitsanı heyətlərinə cəlb etməklə PKN Orlen ilə tərəfdaş olmuşdular. “Qırmızı-ağlar” indi də Huski Chocolate ilə anlaşıblar. Müqaviləyə əsasən şirkətin loqotipləri həm C39-un, həm də komanda formalarının üzərində olacaq.

Frederik Vassyör: “Bu tərəfdaşlığı açıqladığımız üçün xoşbəxtik. Onları keçən il Amerikada tanıdıq və beləliklə, tərəfdaşlığımızın ilk addımları atılmışdı. Bütün qonaqlarımız və işçilərimiz Huskinin məhsullarını çox sevdilər. Onların ləzzətli şokoladlarını il ərzində yeyəcəyimiz üşün xoşbəxtik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*