Alfa Romeo şirkəti 110 illik yubileyini qeyd etməyə hazırlaşır

Bizim Alfa Romeo kimi tanıdığımız İtaliyanın A.L.F.A. (Anonima Lombarda Fabbrica Automobili) şirkəti 1910-cu il iyunun 24-də Milanda qurulub və bu il 110 illik yubileyini qeyd edəcək.

F-1.az xatırladır ki, yaradılmasından cəmi bir il sonra, yəni 1911-ci ildə şirkətin avtoidman tarixi başlayıb.

İtaliya əfsanəvi markanın ildönümünü parlaq və geniş şəkildə qeyd etməyə hazırlaşır və şirkətin Dizayn Mərkəzində artıq Alfa Romeo komandasının Formula1 maşınlarında da görünəcək loqotipin xüsusi versiyası hazırlanıb.

Bundan əlavə, məşhur İtalyan markasının müxtəlif illərdə istehsal olunun maşınlarında yarışan sürücülər bəzi tədbirlərə də qatılacaqlar. Məsələn, mayın 13-dən 16-dək keçiriləcək Mille Miglia (Min Mil) yarışı, eləcə də, iyulda Qudvudda (Britaniya) təşkil olunan Sürəti Festivalı.

Şirkət, eyni zamanda, marka pərəstişkarları və azarkeşləri üçün bütövlükdə 2020-ci ili əhatə edən geniş proqram hazırlayıb.

Bir çox yubiley tədbirləri Areze şəhərində şirkətin keçmiş fabrikinin binasında yerləşən Alfa Romeo Tarixi Muzeyində keçiriləcək. Bəzi tədbirlərdə F1 sürücüləri Kimi Rəykkönen və Antonio Covinatsinin iştirakını da gözləmək olar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*