F-1.az BudgetBookGP-yə istinadən xəbər verir ki, Alfa Romeo daha əvvəl Sauber-ə 50 milyon avro pul ödədiyi halda bu ildən bu məbləğin iki qatını verəcək. Beləliklə, komandanın büdcəsi 250 milyon avroya çıxacaq. İsveçrə təmsilçisi büdcəsinə görə McLaren və Renault komandalarına çatacaq.
Lakin Alfa Romeo Racing komandasının rəhbəri Frederik Vassyör təmkinli danışıb: “Öndəki rəqiblərlə fərq yenə də çox olacaq. Lakin məncə əsl yarış peletonun ikinci bölümündə olur və biz də bu qrupun önündə olmaq istəyirik”.