F-1.az xatırladır ki, Montsada hım Ferrari, həm AlphaTauri, həm də Alfa Romeo ev yarışlarına çıxacaqlar. Lakin bu yarış Alfa Romeo üçün daha əlamətdar olacaq. Belə ki, italyanlar 111-ci ildönümlərini keçirirlər və buna görə də burada xüsusi rəng çaları ilə yarışacaqlar.
Bu rəng çalarında yaşıl daha çoxdur. Motor qapaöında isə İtaliya bayrağı əmələ gəlib. Sürücülərin kombinezonlarında da yaşıl rəng artıb.
Qeyd edək ki, Alfa Romeo 1950-ci ilin 3 sentyabrında burada keçirilən yarışı qazanmışdı. Cüzeppe Farina yarışı qazanmış və Alfa Romeo-ya Montsada ilk qələbəni gətirmişdi.