F-1.az xatırladır ki, İtaliya komandası son iki yarışda xal qazana bilməyib. Komanda bu pis seriyanı bitirmək və xal qazanmaq üçün Monakoya yeniliklər gətirməyi planlaşdırır.
Komandanın rəhbəri Alessandro Alunni Bravi: “Bütün komanda İmoladakı yarışı səbirsizliklə gözləyirdi. Buna görə də Monako yarışından əvvəl tam moticasiyalıyıq. Əslində bu həftəsonu İmola üçün hazırladığımız yeniliklərdən istifadə edəcəyik. Bu ayın əvvəlində Mayamidə inkişaf etdik və cümə günü daha da inkişaf etməyə çalışacağıq”.
Komandanın sürücüsü Valtteri Bottas: “Monako yarışının təqdimata ehtiyacı yoxdur. Çox xüsusi yarışdır. Eyni zamanda ev yarışımdır. Öz yatağımda yatdığım üçün çox sevincliyəm. Uğur qazanmaq üçün motivasiyam var və burada əlimzidən gələni edəcəyik.
Mayamidə maşının sıralanma tempi əvvəki yarışlardan yaxşı idi və bu həftəsonu sıralanma turu çox vacib olacaq. Görüləcək işlərimiz var. Komanda Mayamidən sonra maşını təkmilləşdirmək üçün əlindən gələni etdi. Daha çox xal istəyirik”.
Komandanın sürücüsü Quanyu Çjou: “Komanda İmoada C43-ə çoxlu yeniliklər gətirməli idi, amma yeniliklər bu həftəsonu Monakoda test ediləcək. Ümid edirəm ki, müsbət nəticəsi olacaq və yenidən xal qazanarıq”.